Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YAP Xəzər Rayon Təşkilatı H.Z.Tağıyev NQÇİ-nin Yeni Azərbaycan Partiyası üzvlərilə görüş keçirib (FOTO)

YAP Xəzər Rayon Təşkilatı H.Z.Tağıyev NQÇİ-nin Yeni Azərbaycan Partiyası üzvlərilə görüş keçirib (FOTO)

Tarix: 5 Iyul 2019 10:40

Bakı. Trend:

İyulun 4-də YAP Xəzər Rayon Təşkilatı H.Z.Tağıyev NQÇİ-nin Yeni Azərbaycan Partiyası üzvləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə YAP Siyasi Şurasının üzvü, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev iştirak edib. Tədbirdə H.Z.Tağıyev NQÇİ-nin rəisi Fəxri Haqverdiyev və Gənclər təşkilatının sədri Nicat Əliyev çıxış ediblər.

Sonda YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev geniş nitqlə çıxış edərək, ölkədə gedən ictimai-siyasi proseslər, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunan uğurlar haqda, eləcə də Azərbaycanın apardığı uğurlu geosiyasi, beynəlxalq siyasət barədə tədbir iştirakçılarına məlumat veriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xəzər Rayon Təşkilatı HZTağıyev NQÇİ Yeni Azərbaycan Partiyası üzvlərilə görüş keçirib FOTO


RƏYLƏR