Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndi anlaşıldı toy niyə məhz Qarabağ müharibəsində baş tutub''

''İndi anlaşıldı toy niyə məhz Qarabağ müharibəsində baş tutub''

Tarix: 30 Oktyabr 2020 18:30

"İki saatdı videonu göndəriblər. Barmaqlarımla düz iki saatdı müharibə edirəm ki, paylaşma!

Bacarmadım... Bu toy dünən gecə Borçalıda olub. Mən də Borçalı qızıyam, amma ayıbıma kor ola bilmədim. Əvvəla, Azərbaycanda hələ xonçası oynamamış, şaxı qalxmamış, çırağı yanmamış oğullar hər gün şəhid olur. Xınası islanmamış, çiçəyi burnunda qönçə qızlarımız başına qırmızı kəlağayı örtməyə həsrət qaldığı halda qara yaylıq bağlayır, şəhid nişanlısı olurlar...

Bunu da keçdim, bəs son bir ayda tək Borçalı mahalından 50-yə yaxın başda Polkovnik İlqar Mirzəyev olmaqla Qarabağ uğrunda şəhid olan qardaşlarımızın ruhundan da utanmadınızmı? Təcili toy etmək üçün ya qızın, ya oğlanın "defekti" olmalı.

Bunların nə ayıbı vardı ki, ölkə yas içində toy çaldırdınız? Axı şəhidlərin qanı qurumayıb, cəsədi soyumamışdı, torpaq uddu..."

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşıb. O, Gürcüstanda baş tutan toyu səhifəsində yayımlayaraq toy edən şəxsləri tənqid edib:

"Bunu da deməsəm, ölərəm: - Ay bu toyun başbiləni, ay bu qızı bu oğula yaraşdırıb alan böyük, bu toyun sevgi üzərində qurulmadığı açıq-aşkar görsənir. Deyin görüm belə enerjili, xəyalları gündə üç kruq dünya turundan qayıdan, parlamaqda olan ulduz, Damladan da yüksək səhnə performansına malik, hiperaktiv və aşırı göyçək qızı bu cür sakit, təmkinli, üzündə qız həyası olan oğlana alanda nə düşündünüz? Bu gənclərin gələcəyini necə təsəvvür etdiniz? Açığı, mənə maraqlıdı... Allah xoşbəxt eyləsin!

İndicə mənə məlumat gəldi ki, oğlanın anası Marina ermənidi. İndi anlaşıldı toy niyə məhz Qarabağ müharibəsində baş tutub. Borçalının yarım milyon namuslu insanına bu xəyanəti necə etdi bu qızın ailəsi??! Necə???!!!

Bu videoya görə mənə zəng eyləyənin, videonu sil deyənin, paylaşdığım üçün məni qınayanın, hədə-qorxu gələnin lap ən yekə böyüyünə verməyə cavabım var!"


Etiketlər:  İndi anlaşıldı niyə məhz Qarabağ müharibəsində baş tutub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ