Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ bizimdir, bizim qalacaq” - “Trabzonspor” azarkeşlərindən dəstək - FOTO

“Qarabağ bizimdir, bizim qalacaq” - “Trabzonspor” azarkeşlərindən dəstək - FOTO

Tarix: 31 Oktyabr 2020 11:18

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstəyi davam edir.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, "Trabzonspor" klubu növbəti dəfə ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
 
"Bordo-mavilililər"in Super Liqanın VII turunda "Kasımpaşa" ilə ev oyunu zamanı qapı arxasındakı tribunalarda yer alan azarkeşlər böyük Azərbaycan bayrağı açaraq "Qarabağ bizimdir, bizim qalacaq" şüarını səsləndiriblər.
 
Qeyd edək ki, "Trabzonspor" dünənki qarşılaşmada "Kasımpaşa"ya 3:4 hesabı ilə məğlub olub.

Milli.Az


Etiketlər:  Qarabağ bizimdir bizim qalacaq Trabzonspor azarkeşlərindən dəstək FOTO


RƏYLƏR