Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO)

İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO)

Tarix: 31 Oktyabr 2020 20:15

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.

Trend-in məlumatına görə, “Kadıköy İskele” meydanında Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən aksiya zamanı Azərbaycan icması ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Təbdirdə çıxış edən Mədəniyyət evinin rəhbəri Hikmət Elp və digərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, işğalçı

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyiblər. Aksiyada Qarabağ həqiqətlərindən bəhs edən “Məzar daşı” adlı kitab paylanılıb.

Azərbaycan və Türkiyənin bayrağının dalğalandırıldığı tədbirdə “Ya Qarabağ, ya ölüm” şeiri və “Can Azərbaycan”, “Qardaş səninləyik” kimi şüarlar səsləndirilib.

Aksiyanın sonunda tədbir iştirakçıları Azərbaycanın yanında olduqlarını və erməni təcavüzünü, erməni terrorunu kəskin qınadıqlarını bildirib, dünya birliyindən ədalətli mövqe nümayiş etdirməyi tələb edən bəyanat qəbul ediblər.

İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO) - Gallery Image İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO) - Gallery Image İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  İstanbulda Qarabağ Azərbaycandır adlı aksiya keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ