Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 21:21
Poliomielit sinir sisteminin əzələlərinin iflicinə səbəb olan və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.
Xəstəliyin törədicisi - poliovirus hominis pikarnovirus qrupundan enterovirus ailəsindəndir. I, ll, lll serotipləri var. Ən çox l tipə rast gəlinir. Yoluxma çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və virusun hava-damcı yolu ilə ağız boşluğuna düşməsi nəticəsind baş verir. Bu viruslar qaynama, ultrabənövşəyi şüaların dezinfeksiyaedici məhsulların təsirindən məhv olur. Erkən yaşda edilən peyvənd, sanitar-gigiyenik qaydalara əməl olunsa, bu xəstəliyə yoluxma riski azalır. Virusa ən çox 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər yoluxur.
Məlumata görə, ən çox 5 yaşadək uşaqlar xəstəlikdən əziyyət çəkirlər.
Ümumdünya Poliomielitlə Mübarizə Günü "Rotari" beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunub və hər il oktyabrın 24-də qeyd olunur. Bu günün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək, həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.
Bu gün poliomielitə qarşı vaksinin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqədardlr.
Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə qlobal təşəbbüs yaranıb.
Məlumata görə, Azərbaycanda 1995-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmır. Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb.
Amma dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Həmin təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməsi vacib sayılır. Peyvənd uşaqlarda poliomielitə qarşı immunitet yaradır.