Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 20:16
Donald Trump-ın veb-saytına hücum edildi
ABŞ Prezidenti Donald Trump-ın seçkilərlə əlaqədar yaradılan veb-saytına kiber hücum edilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hakerlər saytın "haqqında" bölümünü dəyişərək, buraya daxil olanlardan Monero adlı kriptovalyuta istəyiblər. Əks halda D.Trump-la bağlı məxfi məlumatların açıqlanacağı söylənib.
Ağ Ev rəsmiləri sözügedən kiber hücumun kim tərəfindən təşkil olunması ilə bağlı araşdırmaların başladığını bildiriblər. Araşdırmalardan sonra Donald Trump-ın veb-saytı hər zamankı hala gətirilib.