Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” ilə oyunöncəsi daha 7 yoluxma

“Barselona” ilə oyunöncəsi daha 7 yoluxma

Tarix: 2 Noyabr 2020 09:40

Çempionlar Liqasının III turunda "Barselona" ilə qarşılaşacaq Kiyev "Dinamo"sunda daha 6 futbolçu koronavirusa yoluxub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Ukrayna klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Georgi Çitaişvili, Denis Qarmaş, Mikkel Duelunn, Aleksandr Karavayev, Tudor Belutse və Nikolay Şaparenkodan götürülən testin nəticəsi pozitiv çıxıb. Yoluxanlar arasında baş məşqçinin köməkçisi Emil Karas da var. Adıçəkilən şəxslərin hər biri karantinə alınıb.

Bundan əvvəl isə qapıçılar Denis Boyko və Georgi Buşanla yanaşı, müdafiəçi Vitali Mikolenko da eyni səbəbdən təcrid olunmuşdular.

Qeyd edək ki, "Barselona" - "Dinamo" oyunu noyabrın 4-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Barselona ilə oyunöncəsi daha yoluxma


RƏYLƏR