Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzeriMed QSC rəsmi olaraq “Johnson & Johnson” şirkətinin mallarının satışına qadağa tətbiq etdi

AzeriMed QSC rəsmi olaraq “Johnson & Johnson” şirkətinin mallarının satışına qadağa tətbiq etdi

Tarix: 2 Noyabr 2020 12:00

Bakı. Trend:

Yalanı tanıyan və düşmənə kömək əli uzdan şirkətdən bizə nə dost, nə də iş tərəfdaşı olar. Bu istər balaca şirkət, istərsə də dünya brendi olsun. Apardığı yanlış və həqiqətlərə uyğun olmayan təbliğatla “Johnson & Johnson” şirkəti bütün Azərbaycan xalqının ən həssas nöqtəsinə zərbə vurdu. Ancaq Azərbaycan xalqı bir yumruq tək birləşərək bütün düşmənləri susdurmağı bacaracaq gücdədir!

Trend-ə verilən məlumata əsasən bu məsələyə AzeriMed QSC da aktiv dəstəyini göstərdi. Şirkətdən bildirdilər ki,

"Buna əsasən şirkət “Johnson & Johnson” brendinin bütün məhsullarını Zəfəran, Kanon və Günəbaxan apteklər şəbəkəsində həmçinin Aptekonline.az xidmətindəki satışını tamamilə dayandırdı.

Hər zaman xalqının, dövlətinin və prezidentinin yanında olan AzeriMed QSC bütün gücü və səyləri ilə bu həssas məqamda, çətin günlərdə dövlətimizə, xalqımıza dəstəkdir. Müharibə bütün cəbhələrdə davam edir, bütün cəbhələrdə də dövlətimizin yanındayıq!"


Etiketlər:  AzeriMed rəsmi olaraq Johnson Johnson şirkətinin mallarının satışına qadağa tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ