Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 12:21
Bu gün səhər saatlarında İrəvanda ermənilərin ASALA terror təşkilatının mənsubu, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Beyrutdakı təşkilatının funksioneri Parkev Şmavonyan güllələnib.
Sonxeber.net bildirir ki, hadisə Mher Mkrtçyan küçəsində, Tiqras Mets prospekti ilə kəsişmədə yerləşən binada baş verib.
38 yaşlı P.Şmavonyan Beyrutda daşnaklarla Jmayel və Şamun partiyaları arasındakı əlaqələrin koordinatoru idi.
Şamovyan Beyrutda ermənilərin kompakt yaşadıqları Burj-Həmud məhəlləsindəki "La Bamba" butikinin sahibi, "əsl daşnak" kimi tanınmış Koryun Şamovyanın kiçik oğludur.