Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 19:02
"Barselona"nın və Argentina millisinin kapitanı Lionel Messi son 3 ayda yalnız penaltidən qol vurmağı bacarıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu son dəfə oyun epizodundan qolu avqustun 8-də Çempionlar Liqasının 2019/20 mövsümünün "Napoli" ilə 1/8 final matçında vurub.
Həmin vaxtdan sonra Messi Kataloniya klubu ilə 9, yığma komanda ilə isə 2 oyuna çıxıb. Beləliklə, o, meydanda 1057 dəqiqə keçirib və penaltidən 4 qol vurub.
Qeyd edək ki, Messi "Qızıl Top"un 6 qat qalibidir. O, "Barselona"da çıxış etdiyi 16 il ərzində 34 kubok qazanıb.