Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 22:21
Dağlıq Qarabağ səmaları üzərində vurulan Azərbaycan Hava Qüvvələrinə məxsus hücum təyyarələri haqqında məlumatlar saxta çıxıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "avia.pro" nəşri bildirib.
Qeyd olunub ki, Ermənistan media resursları guya Azərbaycanın Su-25 hücum təyyarəsinin Qarabağ səmaları üzərində vurulması haqqında saxta məlumatlar yayıb:
"Ermənistan Müdafiə Nazirliyinin saxta açıqlamalarına baxmayaraq, heç bir tutarlı sübut yoxdur və erməni KİV-lərinin yayımladığı video çoxdan hazırlanıb".