Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 09:00
İsrail çempionatında 4-cü turun oyunları keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" (Təl-Əviv) səfərdə Hayfa "Makkabi"si ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç bərabərliklə başa çatıb - 2:2.
Bu, Təl-Əviv təmsilçisinin ardıcıl 3-cü heç-heçəsidir. İlk turda isə uduzan komanda çempionatda qələbəyə həsrətdir. "Makkabi" bu nəticədən sonra 3 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz "Makkabi" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.