Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan hibrid müharibəyə keçib - Hikmət Hacıyev

Ermənistan hibrid müharibəyə keçib - Hikmət Hacıyev

Tarix: 3 Noyabr 2020 15:32

Bakı. İlhamə İsabalayeva – Trend:

Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır.

Trend-in məlumatına görə, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, danışıqların nəticə o zaman effektiv olar ki, qarşı tərəf də konstuktiv olsun:

“Ermənistan öz əməlləri ilə digər ölkələri də müharibəyə təhrik etməyə çalışır. Bu, ATƏT-in MINSK qrupunun və digər vasitələrin səylərinə qarşı bir zərbədir”.

H.Hacıyev əlavə edib ki, Ermənsitan tərəfindən Azərbyacanın mülki əhalisinə atrəşlər açılır: “Bunun üçün qadağan edilmiş ən güclü silahlardan istifadə edilir. Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır. Onlar assimmetrik müharibə, yəni terror vasiəsilə müharibənin aparılması üsulunu seçirlər. Bu, çox çox ölkələrdə tətbiq edilən təcrübədir. Ölkələr uduzqduqda assimterik və hibrid müharibədən istifadə edilir”.


Etiketlər:  Ermənistan hibrid müharibəyə keçib Hikmət Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ