Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ciddi ziyan dəymiş abidələrə dair aralıq hesabat hazırlayıb

Ombudsman Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ciddi ziyan dəymiş abidələrə dair aralıq hesabat hazırlayıb

Tarix: 3 Noyabr 2020 17:42

Bakı. Trend:

Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ildən bəri davam etdirilən
təcavüzkarlıq, işğalçılıq, terrorçuluq və vandalizm siyasətinin qurbanları təkcə mülki
əhali deyil, həm də yaşı minillərlə ölçülən tarixi-dini, mədəni abidələrimiz və
məbədlərimizdir.

Trend-in məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini
ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabatında deyilir.

Hesabatda bildirilir ki, işğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin təqribi sayı 403-dür ki, onlardan da 67-si məscidlər, 144-ü məbədlər, 192-i isə ziyarətgahlardır.

Hesabatla BURADAN tanış olmaq mümkündür.


Etiketlər:  Ombudsman Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ciddi ziyan dəymiş abidələrə dair aralıq hesabat hazırlayıb


RƏYLƏR