Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın ''Sivasspor''la matçının hakimləri açıqlandı

''Qarabağ''ın ''Sivasspor''la matçının hakimləri açıqlandı

Tarix: 3 Noyabr 2020 18:36

Avropa Liqasının III turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, UEFA Sivasdakı qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşdə ədalət təmsilçisi Joao Pineyro olacaq. Ona həmyerliləri Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Yanku Yoan Vasilika yerinə yetirəcək.

Hakimlərin işinə bolqarıstanlı hakim-inspektor Georgi Yordanov qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə Nikoloz Jqarkava (Gürcüstan) olacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq. İlk iki turdan sonra hər iki komanda aktivinə xal yazdıra bilməyib.


Etiketlər:  Qarabağın Sivassporla matçının hakimləri açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ