Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tobol" uduzdu, Emilin uğurlu seriyası qırıldı

Tarix: 5 Iyul 2019 19:52

Qazaxıstan çempionatında 17-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” öz meydanında  “Astana” ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Emil  sonadək mübarizə aparıb. Bu məğlubiyyət Balayevin "quru seriyası"na da son qoyub. 25 yaşlı qolkiper bu mövsüm 630 dəqiqə qol buraxmamışdı.

Qeyd edək ki, “Tobol” hazırda “Astana” ilə birgə 38 xalla 12 kollektiv arasında liderliyi  bölüşdürür. Ancaq "Tobol" “Astana”dan  2 oyun az keçirib.
 


Etiketlər:  Tobol uduzdu Emilin uğurlu seriyası qırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ