Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 15:42
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atalanta" üzərində qələbə (5:0) "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, görüşdə fərqlənən misirli hücumçu turnirdə "qırmızılar"ın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb.
Bununla da, o, bu göstəricidə komandanın sabiq futbolçusu Stiven Cerrarda çatıb. Hazırda Salah Cerrarda birlikdə Çempionlar Liqasında "Liverpul"un ən çox qol vuran futbolçusudur.
Qeyd edək ki, 3 turdan sonra 9 xal toplayan "Liverpul" qrupun lideridir.