Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanada Maradonaya dəstək

Xəstəxanada Maradonaya dəstək

Tarix: 4 Noyabr 2020 19:14

Xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Maradona beyin əməliyyatı keçirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, əfsanəvi futbolçu Buenos-Ayresdə dəstəksiz qalmayıb.

Onlarla azarkeş xəstəxananın qarşısına toplaşaraq 60 yaşlı mütəxəssisə dəstək olub. Pərəstişkarlar xəstəxananın həyətinə bayraqlar, plakatlar və Maradonanın şəkli olan köynəklərlə toplaşaraq mahnılar oxuyublar.

Qeyd edək ki, Maradonanın şəxsi həkimi 1 saat 20 dəqiqə çəkən əməliyyatın uğurlu keçdiyini, argentinalının səhhətinin yaxşı olduğunu açıqlayıb.


Etiketlər:  Xəstəxanada Maradonaya dəstək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ