Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 08:40
Bakı. Trend:
Yaponiyada məktəb mikroavtobusu xəndəyə düşüb.
Trend-in məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Bildirilib ki, hadisə Yaponiyanın Niiqata prefekturasında baş verib. Yol qəzası nəticəsində ən azı 9 məktəbli uşaq yaralanıb.
Sürücü polisə vəhşi heyvanın qəfildən yola qaçdığını deyib. Onu yanından keçmək istəyəndə sürücü idarəetməni itirib.
Doqquz uşağın hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.