Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 21:48
Sinqapur Milli Universitetinin alimləri yeni sensor hazırlayıblar. Ənənəvi yumşaq materiallardan daha yaxşı nəticə verən sensor, elastikliyi ilə birincidir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yumşaq materiallar təzyiq sensoru olaraq istifadə edildikdə müxtəlif histerez problemi ilə qarşılaşır. Yumşaq sensor materialların xüsusiyyətləri təkrarlanan toxunuşlar arasında dəyişiklik göstərə bilir. Əlbəttə bu, məlumatların etibarlılığına mənfi təsir edir.
Sinqapur Milli Universitetinin alimləri isə olduqca həssas, lakin praktik olaraq histerezsiz performans göstərə bilən material hazırlayıblar.
Tədqiqatçılar PDMS filmini piezoresistiv sensor üçün elektrodlar və substratlarla birləşdiriblər. Daha sonra sensorun fəaliyyətinin əlamətlərini təyin ediblər. Davamlı olaraq mexaniki testlər inkişaf etdirən qrup, hazırladıqları dizayn yeniliyinin sensorun işini yaxşılaşdırdığına qərar veriblər. Komandanın TRACE (Toxuma Resistive Annulary Cracked E-Skin) adlandırdığı materiallar ənənəvi yumşaq materiallardan beşqat daha yaxşı nəticə verib.
TRACE sensorunun robot və ya geyiləbilən sağlamlıq texnologiyası cihazlarında istifadə edilməsinin mümkün olduğu deyilir. Komandanın yeni hədəfi materialın müxtəlif geyiləbilən tətbiqetmələrə uyğunluğunu artırmaq və sensor əsaslı süni intellekt tətbiqlərini inkişaf etdirməkdir.