Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 23:32
İnstaqram iki yeni funksiyanı istifadəyə verəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunlar istifadəçilər arasındakı əməkdaşlıq və hekayələrlə bağlıdır.
İlk yeniliyə görə, istifadəçi mesaj göndərmədən də hekayəyə reaksiya bildirə biləcək.
Digər yeni funksiya isə ayrı-ayrı marka və istifadəçilərin əməkdaşlığı barədə məlumat verilməsindən ibarətdir. İnstaqram bunu izləyicilərə çatdırmaq üçün yeni bir etiket təqdim edəcək.
Sözügedən dəyişikliklər artıq beta testində istifadəçilərə təqdim edilib. Nə zaman hər kəsi əhatə edəcəyi isə bəlli deyil.