Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 06:20
Bakı. Trend:
Ukrayna Səhiyyə Nazirliyi Ümumdünyad Səhiyyə Təşkilatı (ÜST) ilə iki illik əməkdaşlıq müqaviləsi imzalayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində Ukrayna səhiyyə naziri Maksim Stepanov xəbər verib.
M.Stepanov bildirib: "Ukrayna ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında iki illik əməkdaşlıq müqaviləsi imzalandı".
Onun sözlərinə görə, COVİD-19 pandemiyası səbəbilə müqavilə Kiyev və Kopenhagendə onlayn rejimdə imzalanıb.