Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni kilsələrinin çoxu Azərbaycan mədəniyyətinə aiddir - Memar

Erməni kilsələrinin çoxu Azərbaycan mədəniyyətinə aiddir - Memar

Tarix: 6 Noyabr 2020 11:35

Bakı.İlhamə İsabalayeva - Trend:

"Erməni kilsələri" dediyimiz kilsələrin çoxu bizim mədəniyyətə aiddir, onların üslubu qıpçaq mədəniyyətinə xasdır.

Trend-in məlumatına görə, bunu Şuşadakı Qazançılar Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Şuşadakı Qazançılar kilsəsinin də erməni mədəniyyətinə heç bir dəxli yoxdur:

"Şuşanın kənar hissəsində yerləşən Qazançılar kilsəsinin bərpası zamanı onun altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Əslində, provanslav ilə qriqoryanlığın arasında böyük fərq var. Qazançılar kilsəsi də erməni bədii dilində deyil, rus bədii dilində tikilib. Bu kilsənin uzun pəncərələri var. Bu, rus kilsələrində olur. Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin isə uzun pəncərələri var".


Etiketlər:  Erməni kilsələrinin çoxu Azərbaycan mədəniyyətinə aiddir Memar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ