Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Müdafiə naziri Dağlıq Qarabağdan qaçıb

Ermənistan Müdafiə naziri Dağlıq Qarabağdan qaçıb

Tarix: 6 Noyabr 2020 15:57

Ermənistanın Müdafiə naziri David Tonoyanı Dağlıq Qarabağda heç kim tapa bilmir. 

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu iddia ilə "Qraparak" nəşri çıxış edib. 

Belə ki, sabiq müdafiə naziri Seyran Ohanyan, qondarma rejimin keçmiş "rəhbərlər"i Arkadi Qukasyan və Bako Saakyan müharibədə aktiv iştirak etsə də, eyni sözlər David Tonoyan barəsində deyilmir. 

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatları, ərazilərin bir-birinin ardınca geri alınması və minlərlə hərbçinin məhv edilməsi başda Müdafiə naziri David Tonoyan olmaqla, Ermənistan hakimiyyətində böyük vahimə yaradıb. David Tonoyan da əks hücum əməliyyatları zamanı Azərbaycan ordusu tərəfindən məhv edilməmək üçün Dağlıq Qarabağı tərk edib. 

Hazırda Dağlıq Qarabağda əməliyyatların gedişatı onu göstərir ki, Ermənistan ordusu tamamilə darmadağın edilməyə çox yaxındır. 

Məlumat üçün bildirək ki, Arkadi Qukasyan, Seyran Ohanyan və Bako Saakyan kimi quldurbaşılar Xocalı soyqırımının əsas təşkilatçıları olublar. Məhz onların bu soyqırımında birbaşa iştirakı nəticəsində azyaşlı uşaqlar, qadınlar və ahıl şəxslər qətlə yetirilib.


Etiketlər:  Ermənistan Müdafiə naziri Dağlıq Qarabağdan qaçıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ