Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 19:16
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda ötən gün keçirilən "Sivasspor" - "Qarabağ" oyununun (2:0) hakimlərinin dəyişdirilməsinin səbəbi müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, matça təyin olunan portuqaliyalı referi Joau Pineyruda koronavirus aşkarlandığı üçün görüş Sandro Şörerin başçılıq etdiyi isveçrəli hakimlər briqadasına tapşırılıb.
Pineyru ilə yanaşı, yan xətt hakimləri Tyaqu Koşta və Pedru Ribeyru isveçrəlilərlə əvəzləniblər. Yalnız 4-cü hakim Yanku Yoan Vasilitsa dəyişdirilməyib.