Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 12:48
PSJ futbolçusu Neymarı "Real"a satmaq istəyir.
Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilir ki, Paris klubunun rəhbərliyi bununla bağlı Madrid təmsilçisinin prezidenti Florentino Peresə iki dəfə müraciət edib. Ancaq "Real"ın braziliyalı hücumçunu almaq fikri olmadığı vurğulanıb. Çünki "kral klubu" artıq Eden Hazard və Luka Yoviçin transferi üçün 160 milyon avro xərcləyib.
Qeyd edək ki, Neymarla "Barselona"nın maraqlandığı iddia olunur.