Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 19:20
"Ayntraxt" "Benfika"dan icarəyə götürdüyü Luka Yoviçi birdəfəlik transfer edib.
Qol.az-ın Bundesliqa klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Frankfurt təmsilçisi serbiyalı forvardın keçidi üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək. 21 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Yoviç bu mövsüm Almaniya çempionatında keçirdiyi 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən sərrast futbolçusudur.