Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 16:08
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu ay millinin komandaların düşərgəsinə gedəcək futbolçuların sağlamlığından qorxur.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib: "Bu barədə düşünmək istəmirəm. İndi hamının son dərəcə kökləndiyi "Liverpul"la oyundan sonra istirahət etmək istəyirəm. Bütün məşqçilərin düşündüyü kimi, milli komandalara gedən 13 və ya 14 futbolçunun sağlam qayıtması üçün dua edəcəyik. Ancaq eyni zamanda, bu barədə düşünmək istəmirəm".
Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" görüşü bu gün keçiriləcək.