Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 16:26
Bakı. Trend:
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti icraçısı Mikael Hambardzumyan tutduğu vəzifədən azad edilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Ermənistan Baş naziri Paşinyan prezident Sarkisyana müvafiq bir fərman imzalamağı tapşırıb
Qeyd edək ki, bu, 2018-ci ildən bəri artıq 4-cü rəhbərdir ki, MTX rəhbəri vəzifəsindən azad olunur. Hambarsumyandan əvvəl həmin vəzifədə Artur Vanesyan, Eduard Martirosyan və Argişti Karamyan çalışıb.