Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 16:45
Bakı. Trend:
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan “Yamaha” markalı motosikletinin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçiridkləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov həmin motosikletlə birlikdə saxlanılıb.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin