Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər vurduğu ziyana görə təzminat ödəməlidir və ödəyəcək - Kəlbəcərli deputat

Ermənilər vurduğu ziyana görə təzminat ödəməlidir və ödəyəcək - Kəlbəcərli deputat

Tarix: 16 Noyabr 2020 11:45

Qeyri-qanuni məskunlaşan ermənilər Kəlbəcərdən çıxarkən öz mənfur ənənələrinə sadiq qalaraq vandallıq edir, evləri yandırır, təbiətə ziyan vururlar.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanın Kəlbəcərdə qeyri-qanuni yerləşdiyi insanlar oradan çıxır və onların köçlərini görürük:

"Ancaq onlar yenə də öz barbarlıqlarını göstərməkdə davam edirlər. Onlar binaları, evləri, meşələri yandırırlar, yenə də öz xislətlərini göstərirlər. Bütün dünya anlamalıdır ki, ermənilər Kəlbəcərə müvəqqəti gəlib məskunlaşmışdılar və orada heç bir ev tikməyiblər. Orada kəlbəcərlilər yaşamışdı və kəlbəcərlilər öz evlərin, ev əşyalarını salamat qoyub çıxmışdılar. Amma ermənilər bu gün çıxanda o evləri yandırırlar, dağıdırlar. Bütün dünya bu barbarlığı görməlidir və lazımi qiymət verməlidirlər.

Ermənilər düşünməsinlər ki, bu barbarlıqları cavabsız qalacaq. 30 il müddətində işğal olunmuş ərazilərimizə dəymiş zərər, o cümlədən dağıdılmış evlər, yaşayış binaları, təbiətə vurulan ziyan və bu gün də mülki obyektlərə atılan atəşlər, dağıntılar, işğal olunmuş Kəlbəcərdən çıxan zaman vurduqları ziyan hesablanacaq və Ermənistan hakimiyyəti bunun qarşısında cavab verməli olacaq. Ermənilər beynəlxalq hüquq qarşısında cavab verməli, təzminat ödəməlidirlər və ödəyəcəklər də".


Etiketlər:  Ermənilər vurduğu ziyana görə təzminat ödəməlidir ödəyəcək Kəlbəcərli deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ