Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Tarix: 22 Oktyabr 2025 15:39

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Sonxeber.net xəbər verir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Etiketlər:  Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ