Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 11:54
Rusiya millisi tarixində ilk dəfə Türkiyə yığmasına məğlub olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Stanislav Çerçesovun kollektivi ötən gecə Millətlər Liqasının 5-ci turunda Şenol Güneşin komandasına minimal fərqlə uduzub- 2:3.
Bu, Rusiya millisi üçün ilk hesab edilir. Belə ki, komandalar arasında ümumilikdə 8 görüş keçirilib. Onlardan 3-ü heç-heçə, 4-ü Rusiyanın qələbəsi ilə başa çatıb. Ötən gecə isə Türkiyə ilk dəfə bu rəqibini məğlub etməyi bacarıb.
Qeyd edək ki, bunadək Türkiyə 1975-ci ildə SSRİ yığmasını üstələyib- 1:0.