Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2025 13:48
İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcəklər.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.