Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 18:06
Noyabrın 16-da intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, hadisə nəticəsində ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S.Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.