Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 08:52
Bakı. Trend:
Yapon video oyun istehsalçısı və nəşrçisi "Capcom" təqribən 350 000 istifadəçinin şəxsiyyətini oğurlayan kiber hücumun qurbanı oldu.
Trend-in məlumatına görə, bu barədə The Asahi qəzeti yazıb.
Bildirilib ki, hakerlər şirkətin 1,1 milyard yen (mövcud məzənnə ilə təxminən 10,5 milyon dollar) kriptovalyuta ödəmədiyi halda bu məlumatların İnternetdə yayımlana biləcəyi ilə hədələyiblər.
Qeyd edilib ki, oğurlanmış məlumatlar arasında, xüsusən şirkətin səhmdarlarının və adi oyunçuların şəxsi ünvanları da var. Nəşrin verdiyi məlumata əsasən, Capcom cinayətkarlar şirkətin serverlərindən təxminən bir terabayt məlumat oğurlamağı bacarıblar.