Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 01:52
Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib.
Trend-in məlumatına görə, San-Paulonun "Korintians" stadionunda baş tutan matçda Argentina yığması rəqibini 2:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.
Argentina komandasının qollarını Aquero (12-ci dəqiqə) və Dibala (22-ci dəqiqə), Çili yığmasının cavab topunu isə penaltidən Vidal (59-cu dəqiqə) vurublar.
Oyunun 37-ci dəqiqəsində Lionel Messi və Qari Medel meydandan qovulub. Buna səbəb onların arasında baş verən dava olub.
Xatırladaq ki, Amerika kubokunun bu gün keçiriləcək finalında Braziliya və Peru komandaları qarşılaşacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin