Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''a azarkeşlik edən oğlunu ''Barselona''da görmək istəyir - Yığmamızın sabiq futbolçusu

''Real''a azarkeşlik edən oğlunu ''Barselona''da görmək istəyir - Yığmamızın sabiq futbolçusu

Tarix: 17 Noyabr 2020 17:56

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvatarsxeliya hazırda Rusiyanın "Rubin" klubunda çıxış edən oğlu Xviça Kvatarsxeliya ilə bağlı arzularını bölüşüb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ölkəmizdə "Şəmkir" və "Kəpəz"in formasını geyinmiş gürcüstanlı mütəxəssis oğlunu "Barselona"da görmək niyyətindədir.

Lakin o, Xviçanın "Real"ı dəstəklədiyini deyib: "Xəyalım oğlumu azarkeşi olduğum "Barselona"da görməkdir. Ancaq Xviça da daxil olmaqla, bütün oğlanlarım "Real"a azarkeşlik edir. Ümumiyyətlə, Xviçanın yaxşı futbol oynaması mənim üçün vacibdir, özünü Avropada sınaya bilər. Onun daim oynayacağı komandaya ehtiyacı var. Avropanın ortabab klubuna da getsə sevinərəm. Ancaq indi Rusiyadakı çıxışından da məmnunam. "Rubin" möhtəşəm klubdur. Bu komanda həmişə ilk "üçlük"də olurdu, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparırdı".

Qeyd edək ki, Tbilisi "Dinamo"sunun yetirməsi olan Xviça Kvatarsxeliya ötən il "Rubin"ə keçməzdən əvvəl Rusiyada "Lokomotiv"in (Moskva) formasını geyinib.


Etiketlər:  Reala azarkeşlik edən oğlunu Barselonada görmək istəyir Yığmamızın sabiq futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ