Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 18:06
"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək niyyətindədir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu 39 yaşlı hücumçunun sözləşməsini daha 1 il- 2022-ci ilin yayınadək uzatmağı planlaşdırır.
İbrahimoviç isə komandanın Çempionlar Liqasına düşə biləcəyindən əmindir. Buna görə də o, klubda qalmağa hazırdır.
İsveçli oyunçunun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm A Seriyasında 5-matça çıxıb və 8 qol vurub.