Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 01:28
Bakı. Trend:
Almaniya paytaxtı Berlinin mərkəzində karantin əleyhinə etiraz nümayişləri zamanı ən az 365 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Berlin polisin mətbuat xidməti "Twitter"də bildirib.
Bildirilib ki, ümumilikdə nümayişlərdə, ilkin hesablamalara görə, 10 mindən çox insan iştirak edib:
"Saat 19:30-a qədər ümumilikdə 365 nəfər həbs edilib".
Qeyd edilib, indiyə qədər əməliyyatda iştirak edən 10 polis əməkdaşı yaralanıb.