Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu oldu

Tarix: 19 Noyabr 2020 22:22

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır. Qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.


Etiketlər:  Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ