Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 21:44
Bakı. Trend:
Yaponiya nümayəndə heyəti Osakada yerləşən Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısı Komitəsinin qərarı ilə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə qərarını bayram edir.
Trend-in məlumatına görə, NHK telekanalı bununla əlaqədar nümayəndə heyətinin Azərbaycanın paytaxtı Bakıdakı mehmanxanada iyulun 6-da təşkil etdiyi qəbul barədə məlumat yayıb.
Bildirilir ki, Sakai, Habikino və Fuci şəhərlərində yerləşən Mozu-Furuiçi kurqanlar toplusu özündə IV-V əsrlərdə inşa edilən 49 məzarlığı birləşdirir. Son 8 ildə Osaka prefekturasının qubernatoru və həmin şəhərlərin merləri birlikdə bu tarixi məkanın UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması ilə əlaqədar birgə iş aparıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin