Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 22:32
Bakı. Trend:
Türkiyənin hüquq-mühafizə orqanları Hatay vilayətində baş vermiş partlayışa görə 16 nəfəri saxlayıb.
Trend-in məlumatına görə, onlar Reyhanlı və İskənderun rayonunda keçirilmiş xüsusi əməliyyat nəticəsində ələ keçib.
Saxlanılanlar təhlükəsizlik idarəsinə aparılıb.
Qeyd edək ki, partlayış iyulun 5-i Türkiyənin Hatay vilayətin Reyhanlı rayonunda qeydə alınıb.
Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.
Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin