Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 20:12
Dortmund "Borussiya"sı futbolçusu Covanni Reyna ilə yeni müqavilə imzalayıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Reyna 2019-cu ildə "Nyu-York Siti"dən "Borussiya"ya transfer olunub. O, bu mövsüm Bundesliqada 7 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.