Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır (ÖZƏL)

Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır (ÖZƏL)

Tarix: 8 Iyul 2019 07:48

Bakı. Samir Əli - Trend:

Azərbaycan xaricə qızılgül yağı ixrac edəcək.

Bu barədə özəl olaraq Trend-də "Azərrose" Məhdud Məsuliyyətli Cəmiyyətdən məlumat verilib.

Məlumata görə, şirkət xaricə qızılgül yağı ixrac etmək üçün danışıqlar aparır: "Artıq danışıqlar yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda danışıqlar yekunlaşacaq və yağ ixracına başlayacağıq".

Şirkətdən bildiriblər ki, hazırda Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparılır. Şirkətdən qeyd ediblər ki, həmin yağları "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır ÖZƏL


RƏYLƏR