Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan ''İsgəndər''dən istifadə edib deyən generala cinayət işi açıldı

Ermənistan ''İsgəndər''dən istifadə edib deyən generala cinayət işi açıldı

Tarix: 21 Noyabr 2020 15:20

Bakı. Trend:

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Qeyd edək ki, M.Akopyan bir neçə gün Ermənistan cəmiyyətində əks-səda doğuran açıqlamalar vermişdi.

O bildirmişdi ki, Dağlıq Qarabağda döyüşlər davam edərkən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qərargahda generalların işinə müdaxilə edirdi. Onunla mübahisə etdiyi üçün general Yerevana çağırılmışdı.

Bundan başqa, M.Akopyan Ermənistandan Azərbaycana "İsgəndər" raketinin atıldığını demişdi. Bu açıqlamalarda sonra o, ifadə verməyə çağırılmışdı.


Etiketlər:  Ermənistan İsgəndərdən istifadə edib deyən generala cinayət işi açıldı


RƏYLƏR