Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depressiya zamanı spirtli içki qəbul etmək olar?

Depressiya zamanı spirtli içki qəbul etmək olar?

Tarix: 22 Noyabr 2020 20:06

Professor Boris Polojiy payız depressiyası zamanı spirtli içki qəbul etməyin zərərlərindən danışıb.

Sonxeber.net xəbər verir ki, mütəxəssisin fikrincə, bu vəziyyətdə alkoqoldan asılılıq son dərəcə sürətlə inkişaf edir.

"Belə hallarda alkoqol vərdişi çox tez formalaşır. Depressiya daha tez-tez yarana bilər. Əgər siz depressiyanı daim alkoqolla aradan qaldırmağa çalışırsınızsa, bir çox hallarda asılılıq qaçılmazdır. Hər hansı problemi çözə bilməyən insan özünü başqa girdaba salır. Alkoqol vəziyyəti bir müddət yaxşılaşdırır, amma bu, dərman kimi istifadə etmək üçün səbəb deyil", - ekspert deyib.

Polojiy depressiyanı aradan qaldırmaq üçün daha təsirli və daha təhlükəsiz vasitələrin olduğunu vurğulayıb: "Gəzinti və ya qaçış kimi fiziki aktivliyi antidepresantlarla müqayisə etmək olar. Simptomlar şiddətlənməyə davam edərsə, psixoterapevt və ya psixiatrla məsləhətləşin".

Mütəxəssis ekstremal hallarda depressiya ilə antidepresantlarla mübarizə aparmağı məsləhət görüb. (publika.az)


Etiketlər:  Depressiya zamanı spirtli içki qəbul etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ