Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professordan qəhvə ilə arıqlamağın təhlükəsi barədə XƏBƏRDARLIQ

Professordan qəhvə ilə arıqlamağın təhlükəsi barədə XƏBƏRDARLIQ

Tarix: 22 Noyabr 2020 20:33

Rusiya Federal Biotibbi Agentliyinin professoru, dietoloq Marqarita Koroleva arıqlamaq naminə həddən artıq qəhvə içməyin zərərli olduğunu bildirib. Ekspert qeyd edib ki, daha çox kalori yandırmaq üçün bu içkidən istifadə ciddi fəsadlara səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, o, yağyandırıcı kimi gündə 8 fincan qəhvə istifadə etməyin ilk növbədə ürək problemlərinin şiddətlənməsinə səbəb olacağını vurğulayıb. Korolevanın sözlərinə görə, qəhvə az miqdarda içilərsə, arıqlamağa kömək edə bilər. Əsas odur ki, qatqısız olsun.

Bundan əvvəl Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin direktoru Dmitri Nikityuk mədə-bağırsaq və ya ürək-damar xəstəlikləri olan insanların qəhvə istehlakını azaltmalı olduğunu bildirmişdi. (publika.az)


Etiketlər:  Professordan qəhvə ilə arıqlamağın təhlükəsi barədə XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ