Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''VAZ'' lyuka düşdü - yolda tıxac yarandı (FOTO)

Bakıda ''VAZ'' lyuka düşdü - yolda tıxac yarandı (FOTO)

Tarix: 8 Iyul 2019 11:09

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Babək prospektində, maşın bazarının yaxınlığında qeydə alınıb. Drenaj qapağı olmadığından həmin ərazidən keçən "VAZ" markalı avtomobil lyuka düşüb.

Avtomobil ətrafdakı insaların köməkliyi ilə çıxarılıb. Hadisə səbəbindən prospektdən üzü Əhmədliyə doğru gedən yolda tıxac yaranıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda lyuka düşdü yolda tıxac yarandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ