Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)

Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)

Tarix: 23 Noyabr 2020 13:33

Bakı. Trend:

Qubada xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Möhüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 7 müştərinin və obyekt sahibi Rüstəm İsayevin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Qubada karantini pozan çayxana aşkar edilib (FOTO) - Gallery Image Qubada karantini pozan çayxana aşkar edilib (FOTO) - Gallery Image


Etiketlər:  Qubada karantini pozan çayxana aşkar edilib FOTO


RƏYLƏR